2025-ci ilin yanvar–iyun aylarında Azərbaycanda 115,3 min ton neft bitumu istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 min ton və ya 0,3% artım deməkdir. 2024-cü ilin ilk yarısında ölkədə 115 min ton neft bitumu istehsal olunmuşdu.
Finss.az xəbər verir ki, məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.
Hesabat dövründə ölkədə hazır neft bitumu ehtiyatı 13 min ton təşkil edib.
Eyni müddətdə Azərbaycan 105,3 min ton neft koksu istehsal edib ki, bu da 2024-cü ilin yanvar–iyun dövrü ilə müqayisədə 5,8 min ton və ya 5,2% azalmadır. Ötən ilin müvafiq dövründə ölkədə 111,1 min ton neft koksu istehsal olunmuşdu. 2025-ci ilin iyulun 1-nə olan məlumatlara əsasən, hazır neft koksu ehtiyatı 37,8 min ton səviyyəsindədir.
Cari ilin birinci yarısında neft məhsullarının ümumi istehsal dəyəri 2,565 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% azalma deməkdir.
Fuad Mədətov
Finss.az