BİZNES

14 İyul

Azərbaycanda ağ neft istehsalı artıb

2025-ci ilin ilk yarısında Azərbaycanda 337,8 min ton ağ neft istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,6 min ton və ya 8,2% çoxdur.

Finss.az xəbər verir ki, məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Məlumata görə, 2024-cü ilin yanvar-may aylarında ölkədə 312,2 min ton ağ neft istehsal edilib.

2025-ci ilin iyulun 1-nə olan vəziyyətə görə, ölkədə hazır ağ neft ehtiyatı 48,4 min ton səviyyəsindədir. Bu göstərici daxili tələbat və istehsal balansının saxlanmasında mühüm rol oynayır.

Buna baxmayaraq, hesabat dövründə neft məhsullarının ümumi istehsal dəyəri 2,565 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% azalma deməkdir.

Fuad Mədətov
Finss.az