BİZNES

14 İyul

Azərbaycanda əmtəəlik qaz istehsalı artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 19,342 milyard kub metr əmtəəlik qaz istehsal olunub.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 201 milyon kub metr və ya 1,1% çoxdur. 2024-cü ilin ilk yarısında ölkədə 19,141 milyard kub metr əmtəəlik qaz hasil edilib.

Hesabat dövründə Azərbaycanda ümumi qaz hasilatı isə 24,989 milyard kub metr təşkil edib.

Qeyd edək ki, cari ilin ilk altı ayında mədənçıxarma sənayesində ümumi istehsal dəyəri 19,3 milyard manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% azalma deməkdir.