BİZNES

08 İyul

Su qızdırıcıları və nasoslara texniki xidmət, avadanlıq, ehtiyat hissələrinin satınalınması - TENDER

Heydər Əliyev Mərkəzində istismar olunan su qızdırıcıları və nasoslar üçün texniki xidmətlərin, həmçinin avadanlıq və ehtiyat hissələrinin satın alınması ilə bağlı tender elanı verilib.

Finss.az xəbər verir ki, dövlət satınalmaları portalında dərc olunmuş məlumata görə, satınalma proseduru 114515 nömrəsi ilə qeydiyyata alınıb. Tender çərçivəsində Mərkəzdə il ərzində göstəriləcək texniki xidmətlərin həyata keçirilməsi və lazım olan müxtəlif avadanlıqların, o cümlədən ehtiyat hissələrinin alınması nəzərdə tutulur.

Layihənin ehtimal olunan dəyəri 50.127 manat olaraq göstərilib. Təkliflərin təqdim olunması və zərflərin açılışı 29 iyul 2025-ci il, saat 13:00-da baş tutacaq.

Tenderdə iştirak etmək istəyən təchizatçılar 100,25 manat iştirak haqqı və 25 manat istifadə haqqı ödəməlidirlər. Qeyd olunub ki, iştirak haqqı yalnız tender iştirakçılarının sayı üçdən az olduğu halda geri qaytarıla bilər. İstifadə haqqı isə heç bir halda geri qaytarılmır.

Maraq göstərən tərəflər ətraflı məlumat və sənədlərlə bu keçidə daxil olaraq tanış ola bilərlər.

Fuad Mədətov
Finss.az