Azərbaycan 2025-ci ilin ilk rübündə Avropa İttifaqına boru kəməri vasitəsilə ən çox qaz ixrac edən beş ölkədən biri olub.
Finss.az-ın Avropa Komissiyasına istinadən yaydığı məlumata əsasən xəbər verir ki, bu dövrdə Aİ ümumilikdə 69 milyard kubmetr təbii qaz idxal edib. Bu göstərici əvvəlki rüblə və ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz azalma deməkdir. İdxalın 55 faizi (38 milyard kubmetr) boru kəmərləri ilə nəql edilən qazın, 45 faizi (31 milyard kubmetr) isə mayeləşdirilmiş təbii qazın (MTQ) payına düşüb.
Boru kəməri ilə qaz tədarükündə ilk beşlik:
- Norveç – 20,6 milyard kubmetr (55%)
- Şimali Afrika ölkələri – 7,9 milyard kubmetr (21%)
- Rusiya – 4,6 milyard kubmetr (12%)
- Azərbaycan – 2,6 milyard kubmetr (7%)
- Böyük Britaniya – 1,6 milyard kubmetr (4%)
Bu göstərici ilə Azərbaycan boru qazı üzrə Aİ-nin dördüncü ən iri tədarükçüsünə çevrilib. İxrac həcmi əvvəlki rüblə müqayisədə 14 faiz, illik müqayisədə isə 10 faiz azalan boru qazı idxalında belə, Azərbaycan sabit və etibarlı təchizatçı olaraq mövqeyini qoruyub.
Ümumi qaz idxalında isə Aİ-nin əsas tərəfdaşları bunlardır:
- Norveç – 21,7 milyard kubmetr (31%)
- ABŞ – 16,6 milyard kubmetr (24%)
- Rusiya – 9,7 milyard kubmetr (14%)
- Şimali Afrika – 9,2 milyard kubmetr (13%)
- Qətər – 3,2 milyard kubmetr (5%)
- Azərbaycan – 2,6 milyard kubmetr (4%)
Avropa Komissiyasının hesabatında Rusiya qazının idxalında əhəmiyyətli azalma vurğulanır: əvvəlki rüblə müqayisədə 28 faiz, illik müqayisədə isə 27 faiz azalma qeydə alınıb. Rusiya qazının Aİ-nin ümumi qaz idxalındakı payı 19 faizdən 14 faizə düşüb.
Mayeləşdirilmiş qaz idxalında isə:
- ABŞ liderdir – 16,6 milyard kubmetr (53%)
- Rusiya – 5,1 milyard kubmetr (16%)
- Qətər – 3,2 milyard kubmetr (10%)
Ən çox MTQ idxal edən ölkələr isə Fransa (26%), İspaniya (19%) və İtaliya (13%) olub.
Azərbaycanın Avropa qaz bazarında mövqeyinin güclənməsi, həm boru kəmərləri üzrə sabit ixrac, həm də Rusiyaya alternativ tədarük kanalı kimi qəbul olunması baxımından əhəmiyyətlidir. Bu, həm də Cənub Qaz Dəhlizinin strateji rolunun artmaqda olduğunu göstərir.