Azərbaycan Milli Aerokosmik Agentliyi (VÖEN: 1000227691) cari təmir işlərinin həyata keçirilməsi üçün açıq tender elan edib.
Finss.az xəbər verir ki, tenderə dair məlumat dövlət satınalmalarının rəsmi portalında dərc olunub.
Müsabiqənin nömrəsi 114423 olan satınalma çoxsaylı təsnifat kodlarını əhatə edir. Onlar arasında daş materialları, elektrik naqilləri, sement və əhəng, kərpic, siding və xarici divar materialları, divar və tavan bitirmə materialları, döşəmə, kalıplama, qapılar, pəncərələr, lampalar, elektrik qutuları, dövrə mühafizə cihazları, mebel, elektrik fizikası materialları, taxta sənətkarlıq, binalara cari və əsaslı təmir işləri, torpağın hazırlanması, rəngləmə, elektrik sistemi, tullantıların yığılması və atılması, elektrik və elektronika mühəndisliyi və digər xidmətlər yer alır.
Tenderin ehtimal olunan dəyəri 119,067.37 AZN-dir.
Təkliflərin təqdim olunması üçün son tarix 15 iyul 2025-ci il, saat 15:00 olaraq müəyyən olunub. Eyni tarixdə saat 15:00-da zərflərin açılışı keçiriləcək.
Tenderdə iştirak etmək üçün təchizatçılardan 250 AZN iştirak haqqı və 25 AZN istifadə haqqı tələb olunur. İştirak haqqı yalnız iştirakçı sayı üçdən az olduqda və satınalma baş tutmadıqda geri qaytarıla bilər. İstifadə haqqı isə geri qaytarılmır.
Ətraflı məlumat və sənədlərlə tanış olmaq istəyənlər etender.gov.az saytına daxil ola bilərlər.
Bu tender Azərbaycan Milli Aerokosmik Agentliyinin infrastrukturunun müasirləşdirilməsi və texniki vəziyyətinin yaxşılaşdırılması məqsədini daşıyır.
Fuad Mədətov
Finss.az