BİZNES

07 İyul

Biləsuvarda kənd təsərrüfatında yüksək məhsuldarlıq

Finss.az - Biləsuvarda 2025-ci il məhsulu üçün günəbaxan əkini 491 hektara çatdırılıb ki, bu da son 7 ilin ən yüksək göstəricisidir.

Ötən il rayonda günəbaxan əkini 129,8 hektar təşkil etmiş və 2 834 sentner məhsul yığılmışdı.

Bundan əlavə, 2025-ci ilin məhsulu üçün rayonda ümumilikdə 31 678 hektar sahədə taxıl əkini aparılıb. Onun 7 563 hektarını buğda, 24 115 hektarını isə arpa sahələri təşkil edir. Buğda sahələrindən artıq 23 820 ton məhsul yığılıb və məhsuldarlıq 31,5 sentnerə çatdırılıb. Arpa məhsulu isə 72 345 ton təşkil edərək hektar başına 30 sentner məhsuldarlıq göstərib.

Bu göstəricilər regionda kənd təsərrüfatı sahəsində inkişafın davam etdiyini və məhsuldarlığın artdığını təsdiqləyir.