BİZNES

04 İyul

Azərbaycandan Türkiyəyə elektrik enerjisi ixracı 20 dəfəyə yaxın azalıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə 20,5 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac olunub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu ixracdan əldə olunan gəlir 1,2 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə ixrac olunan elektrik enerjisinin həcmi 374,3 milyon kVt/saat və ya 19,3 dəfə, dəyəri isə 23,9 milyon dollar və ya 20,9 dəfə azalıb. Belə ki, 2024-cü ilin ilk dörd ayında Azərbaycandan Türkiyəyə 394,8 milyon kVt/saat həcmində və 25,1 milyon dollar dəyərində elektrik enerjisi ixrac olunmuşdu.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında ümumilikdə Rusiyaya, Gürcüstana və İrana 525,1 milyon kVt/saat həcmində, 29,1 milyon ABŞ dolları məbləğində elektrik enerjisi ixrac edilib.

Fuad Mədətov
Finss.az