BİZNES

04 İyul

Meşə fındığı ixracı 37,4% artıb

Finss.az - 2025-ci ilin yanvar-may aylarında Azərbaycan 65,2 milyon ABŞ dolları dəyərində 9,4 mindən çox ton meşə fındığı ixrac edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 37,4% (17,7 milyon dollar) və həcm baxımından 21,8% (1,6 min ton) artım deməkdir.

Cari ilin ilk beş ayında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0,59%, qeyri-neft məhsullarının ixracındakı payı isə 4,63% təşkil edib.