BİZNES

04 İyul

Azərbaycanın ən böyük qeyri-dövlət ixracatçıları açıqlanıb - SİYAHI

2025-ci ilin yanvar-may aylarında Azərbaycanın qeyri-dövlət ixracatçı subyektlərin reytinqində yer alan ən böyük şirkətlər müəyyən edilib.

Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın iyun sayında yer alıb.

Hesabata əsasən, 2025-ci ilin ilk beş ayında qeyri-dövlət ixracatçılar arasında ilk onluğa aşağıdakı şirkətlər daxildir:

  • “MKT İstehsalat Kommersiya” MMC
  • “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan nümayəndəliyi
  • “Baku Steel Company” QSC
  • “Avrora” MMC
  • “P-AQRO” MMC
  • “Export Stream” MMC
  • “Khan-El” MMC
  • “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC
  • “Sahdag SY” MMC
  • “Green Tech” MMC

Bu siyahı ölkədə qeyri-dövlət sektorunun ixrac potensialının güclü olduğunu təsdiqləyir.

Fuad Mədətov
Finss.az