Finss.az xəbər verir ki, çərşənbə axşamı axşam neft qiymətlərinin artımı bir qədər səngiyib, lakin OPEC+ qərarını gözləyərkən və dolların zəifləməsi fonunda kotirovkalar hələ də “yaşıl zona”dadır.
Bakı vaxtı ilə saat 17:06-da Londonun ICE Futures birjasında sentyabrın 17-də Brent markalı neftin bir barelinin qiyməti 0,13 dollar (0,19%) bahalaşaraq 66,87 dollar olub. Bu vaxta kimi NYMEX birjasında WTI markalı neftin avqust fyuçerslərinin qiyməti 0,28 dollar (0,43%) artaraq 65,39 dollar/barelə çatıb.
Dolların məzənnəsinin aşağı düşməsi neftin qiymətini dəstəkləyir.