Finss.az - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kadr korpusunun açıq müsabiqələr əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislərlə komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Hazırda Mərkəzin Müsabiqə Komissiyası tərəfindən Gəncə regional bölməsində kimya ixtisası üzrə vakant ştat vahidinin olması ilə bağlı növbəti açıq müsabiqə elan edilir.
Göstərilən ixtisas üzrə vəzifədə işləmək arzusunda olan, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən, ali təhsilli, zəruri nəzəri və peşə hazırlığına malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunurlar.
Müraciət edənlər 2025-ci ilin 1 iyul tarixindən 1 sentyabr saat 18:00-dək müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda təqdim edə bilərlər:
- Məhkəmə Ekspertizası Mərkəzinin inzibati binası
(Bakı şəhəri, Xaqani küçəsi, 24, tel: (012) 498-09-71);
- Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsi
(Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (+99455) 424-58-00);
- Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi
(Şəki şəhəri, Salman Mümtaz küçəsi 316, tel: (+99470) 297-18-11);
- Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsi
(Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91), (+99455) 782-61-51) ;
- Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi
(Lənkəran şəhəri, Qala Xiyabani küçəsi 13, tel: (02525) 5-01-36, (+99455) 282-82-85);
- Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt regional bölməsi
(Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 29 cu məhəllə, 7/22,
tel. (+99455) 710-25-31).
Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” Mərkəzin internet səhifəsində (www.expert.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilib. Bu sənədlər Mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə də təqdim olunacaq.
Mərkəzin internet səhifəsindən, eləcə də yuxarıda göstərilən telefon nömrələrinə zəng etməklə bütün suallarla bağlı operativ informasiya almaq mümkündür.
