Finss.az - 2025-ci ilin yanvar-may aylarında Bakı şəhərində ictimai iaşə müəssisələrinin dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 % artaraq 750,3 milyon manata çatıb.
Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, dövr ərzində hüquqi şəxslərə məxsus müəssisələrin dövriyyəsi 399,6 milyon manat təşkil edib və bu, ümumi dövriyyənin 53,3 %-ni əhatə edib.