BİZNES

24 İyun

Azərbaycana əczaçılıq məhsulu idxalı 1.64% artıb

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 220,7 milyon ABŞ dolları dəyərində 8 967 ton əczaçılıq məhsulu idxal olunub.

Bu barədə Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Statistikaya əsasən, idxal dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1,64% və ya 3,6 milyon dollar artıb. Lakin həcm baxımından idxal 15,8% və ya 1 680 ton azalıb.

Hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 2,21%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici 2,97% olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar-may aylarında ölkədə pərakəndə ticarət şəbəkələrində 598,1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Fuad Mədətov
Finss.az