Finss.az - 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın Ərəb Əmirlikləri (BƏƏ) ilə ticarət dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə artaraq 64,9 milyon dolları keçib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu dövrdə Azərbaycanın BƏƏ-yə ixracı 45,4 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Eyni zamanda, BƏƏ-dən Azərbaycana idxal 49,2 faiz artaraq 19,4 milyon dollar səviyyəsində olub.
Cari ilin ilk beş ayında Azərbaycanın ümumi ticarət dövriyyəsində BƏƏ-nin payı 0,3 faiz təşkil edib.