Finss.az xəbər verir ki, Enka İnşaat İraqdan yeni iş alıb.
İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) edilən açıqlamada şirkət, Süleymaniyyə şəhərində mövcud 500 MVt gücündə sadə dövrəli elektrik stansiyasının 750 MVt gücündə kombinə edilmiş elektrik stansiyasına çevrilməsi üçün İraqın Taurus Arm For Power Generation, Oil Transportation and Services Ltd. ilə müqavilə imzalandığını açıqladı.
Açıqlamaya görə, müqavilə dəyəri təqribən 289 milyon dollardır, elektrik stansiyasının isə 30 iyun 2028-ci ildə istismara verilməsi gözlənilir.