BİZNES

23 İyun

Çində xaricdən maliyyələşən müəssisələrin sayı 10,4 faiz artıb

Finss.az xəbər verir ki, Çin Ticarət Nazirliyinin verdiyi açıqlamaya görə, 2025-ci ilin ilk beş ayında Çində xaricdən maliyyələşən cəmi 24 018 yeni müəssisə yaradılıb. Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artımdan xəbər verir.

Yanvar-may dövründə Çinə birbaşa xarici investisiyalar illik bazda 13,2 faiz azalaraq təxminən 50 milyard dollara çatıb.

Eyni dövrdə emal sənayesinə yatırılan faktiki xarici investisiya 12,7 milyard dollar, xidmət sektoruna isə 36,1 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub.

Məlumatlara görə, ASEAN-a üzv ölkələrin investisiyaları illik bazda 20,5 faiz artıb.

Digər tərəfdən Çinə investisiyalar Yaponiyadan yüzdə 70,2, İngiltərədən yüzdə 60,9, Cənubi Koreyadan yüzdə 10,3, Almaniyadan isə yüzdə 7,1 artıb.