BİZNES

21 phrase_var_core.june

Özbəkistanın Fərqanə vilayəti ilə Azərbaycanın ticarət dövriyyəsi 3,3 milyon dollar olub

Son beş ay ərzində Özbəkistanın Fərqanə vilayəti ilə Azərbaycanın xarici ticarət dövriyyəsi 3,3 milyon ABŞ dolları olub.

Finss.az xəbər verir ki, bu barədə Bakıda keçirilən III Azərbaycan–Özbəkistan regionalararası forumda Fərqanə vilayətinin başçısının müavini Nuriddin Mamajonov məlumat verib.

O bildirib ki, 3,3 milyon dollar ümumi ticarət dövriyyəsi baxımından böyük rəqəm olmasa da, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Nuriddin Mamajonov qeyd edib ki, son 3–4 il ərzində Özbəkistan və Azərbaycan hökumətlərinin həyata keçirdiyi siyasət sayəsində azərbaycanlı sahibkarlar və tərəfdaşlarla ticarət və investisiya sahəsində fəal əməkdaşlıq qurmaq mümkün olub.

Fərqanə vilayətinin başçısının müavini əməkdaşlığın əsas istiqamətlərindən birinin kənd təsərrüfatı məhsullarının emalı və onların Avropa bazarlarına ixracı olduğunu vurğulayıb.

Hazırda vilayətdə azərbaycanlı tərəfdaşlarla birgə yaradılmış 11 müəssisənin fəaliyyət göstərdiyini bildirən N.Mamajonov, onlardan səkkizinin birgə müəssisə, üçünün isə tamamilə Azərbaycan kapitalı əsasında olduğunu əlavə edib.