BİZNES

21 phrase_var_core.june

Azərbaycanda avtomobil nəqliyyatı ilə daşınan yükün həcmi və dəyəri artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda avtomobil nəqliyyatı vasitəsilə 5,318 milyard ABŞ dolları dəyərində 2,533 milyon ton yük daşınıb.

Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 409,558 milyon ABŞ dolları və ya 8,3%, həcm ifadəsində isə 202,067 min ton və ya 8,7% artım göstərib.

Hesabat dövründə avtomobil nəqliyyatı ilə Azərbaycandan 959,083 milyon ABŞ dolları dəyərində 1,034 milyon ton yük ixrac olunub. Bu, illik müqayisədə dəyər baxımından 195,629 milyon ABŞ dolları (25,6%), həcm ifadəsində isə 163,600 min ton (18,8%) çoxdur.

Eyni zamanda, həmin dövrdə avtomobil nəqliyyatı vasitəsilə Azərbaycana 4,359 milyard ABŞ dolları dəyərində 1,499 milyon ton yük idxal edilib. Bu da 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə dəyər baxımından 219,929 milyon ABŞ dolları (5,2%), həcm baxımından isə 38,468 min ton (2,6%) artım deməkdir.

Fuad Mədətov
Finss.az