BİZNES

21 phrase_var_core.june

Azərbaycana qarğıdalı idxalı həm həcm, həm də dəyər baxımından azalıb

Bu ilin ilk beş ayında Azərbaycana 36 min 715 ton həcmində qarğıdalı idxal edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, idxal olunan bu məhsulun ümumi dəyəri 13 milyon 823 min ABŞ dolları təşkil edib.

Göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə həm həcm, həm də dəyər baxımından azalma nümayiş etdirib. Belə ki, qarğıdalı idxalı tonla ifadədə 36,2% və ya 20 min 898 ton, pul ifadəsində isə 24% və ya 4 milyon 380 min dollar azalıb.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərclər ölkənin ümumi idxal xərclərinin 0,1%-ni təşkil edib.

Fuad Mədətov
Finss.az