BİZNES

21 phrase_var_core.june

Naxçıvanda informasiya və rabitə xidmətləri 16,8% artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 16,5 milyon manat təşkil edib.

Bu barədə Finss.az Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 % artım deməkdir.

Hesabat dövründə göstərilən informasiya və rabitə xidmətlərinin 46,8 %-i mobil telefon rabitəsi sahəsində formalaşıb.

Fuad Mədətov
Finss.az