BİZNES

21 phrase_var_core.june

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 3,4% artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsinin ümumi dəyəri 562 milyon manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % artım deməkdir.

Bu barədə Finss.az Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə ticarət şəbəkələrində 290 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 272 milyon manatlıq isə qeyri-qida məhsulları satılıb.

Fuad Mədətov
Finss.az