BİZNES

20 İyun

Hərracda 12 nəqliyyat vasitəsi özəlləşdirilib

Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 12 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 87 sifariş qəbul edilib. Bunlardan 19-u onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 20.500 manat olan “Toyota Land Cruiser” markalı avtomobil 31.770 manata, 15.750 manat olan “Audi A8” markalı avtomobil 22.600 manata,17.500 manat olan “Toyota LC200” markalı avtomobil isə 23.700 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //shorturl.at/JzCMc linki vasitəsilə tanış olmaq olar.

Cari ay ərzində növbəti hərrac iyunun 24-də keçiriləcək. Hərraca nəqliyyat vasitələri və texnikalar çıxarılıb.

Satışa çıxarılan əmlakların siyahısı ilə //shorturl.at/PvLDX linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.