Finss.az - 2025-ci ilin yanvar-may aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı vasitəsilə 1,223 milyard ABŞ dolları dəyərində 2,923 milyon ton yük daşınıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə yüklərin dəyəri 2,5% azalaraq 31,4 milyon dollar azalıb, həcmi isə 1,8% artaraq 51,3 min ton çox olub.
Hesabat dövründə dəmir yolu ilə 324,6 milyon dollar dəyərində 1,057 milyon ton yük ixrac olunub. Bu, dəyər baxımından 8,4% azalma (29,9 milyon dollar), həcm baxımından isə 3,1% azalma (33,8 min ton) deməkdir.
İdxalda isə əks meyil müşahidə olunub. Belə ki, dəmir yolu ilə ölkəyə 898,3 milyon dollar dəyərində 1,866 milyon ton yük gətirilib. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 0,2% az (1,5 milyon dollar), həcm baxımından isə 4,8% artım (85,1 min ton) qeydə alınıb.