BİZNES

19 İyun

Yanvar-mayda dəniz nəqliyyatı ilə 1 milyard dollardan çox yük daşınıb

Finss.az - Bu ilin ilk beş ayında Azərbaycanda dəniz nəqliyyatı vasitəsilə 1,060 milyard ABŞ dolları dəyərində 1,124 milyon ton yük daşınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 23,1% (199 milyon dollar), həcm baxımından isə 0,16% (1,8 min ton) artım deməkdir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə dəniz nəqliyyatı ilə ölkədən 28,4 milyon dollar dəyərində 53,9 min ton yük ixrac olunub. Dəyər baxımından 39,3% azalma müşahidə olunsa da, ixrac olunan yükün həcmi ötən illə müqayisədə 1,8 dəfə artıb.

İdxal göstəriciləri isə əksinə olaraq həm artım, həm azalma ilə müşayiət olunub. Belə ki, dəniz yolu ilə Azərbaycana gətirilən yüklərin dəyəri 1,032 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 26,7% çoxdur. Lakin idxal edilən yüklərin həcmi 2% azalaraq 1,070 milyon ton olub.