Finss.az xəbər verir ki, ABŞ fond indeksləri Cümə axşamı günü məlumatlara və Oracle-dan güclü rüblük hesabata görə yüksəldi.
ABŞ-ın Əmək Departamentinin məlumatına görə, may ayında istehsalçı qiymətləri (ÜFE) əvvəlki ayla müqayisədə 0,1% artıb. Trading Economics-ə görə, analitiklər orta hesabla 0,2% artım proqnozlaşdırmışdılar.
Qida və enerji xərclərini istisna edən əsas ÜFE də 0,1% artıb. Ekspertlər 0,3% artım gözləyirdilər.
Aşağı inflyasiya investorları Federal Ehtiyat Sisteminin bu il faiz dərəcələrini azaldacağına inandırır.