Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 10-u və 11-də növbəti hərraclar təşkil edilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi və 8 nəqliyyat vasitəsi satılıb.
Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərraclarda “Azinterservis” ASC-nin 30 faizlik səhm paketi 133.167 manata özəlləşdirilib. Bununla yanaşı, start qiyməti 21.000 manat olan “Toyota Land Cruiser Prado” markalı avtomobil 22.500 manata, 7.800 manat olan “Toyota Avalon” markalı avtomobil isə 8.500 manata satılıb.
Hərraclarda səhm paketləri satılan səhmdar cəmiyyətlərinin və nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/3MZkkp linki vasitəsilə tanış olmaq olar.
Cari ay ərzində növbəti hərraclar 18 və 24-ü tarixlərində keçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.
Zemfira Ms
Finss.az