Finss.az xəbər verir ki, Vaşinqton və Pekin arasında əvvəllər bağlanmış ticarət razılaşmasına baxmayaraq, Çindən ABŞ-a mallar üçün gömrük rüsumlarının səviyyəsi dəyişməz qalacaq. Bu barədə çərşənbə günü ABŞ-ın ticarət naziri Hovard Lutnik bildirib.
CNBC telekanalına müsahibəsində ABŞ-ın Çinə tətbiq etdiyi cari tariflərin dəyişməz qalıb-qalmayacağı sualını cavablandıran Lutnik deyib: “Bunu əminliklə deyə bilərsiniz”.
Hazırda ABŞ administrasiyasının qərarı ilə ABŞ-da Çin mallarına rüsumlar 55% təşkil edir.
İyunun 9-da Londonda ABŞ-Çin ticarət danışıqlarının ikinci raundu keçirilib. ABŞ və Çin nümayəndə heyətləri ticarət sazişinin parametrləri ilə bağlı razılığa gəliblər, indi o, dövlət başçıları səviyyəsində təsdiqlənməlidir.