BİZNES

12 İyun

TENDER: 3 ədəd subartezian quyusunun tikintisi

Finss.az — “QARABAĞ DİRÇƏLİŞ FONDU” publik hüquqi şəxsi tərəfindən 3 ədəd subartezian quyusunun tikintisi işləri üçün açıq müsabiqə elan edilib.

Müsabiqənin ümumi dəyəri təxminən 227 624 AZN təşkil edir. Təkliflərin qəbulu 7 iyul 2025-ci il saat 15:00-dək davam edəcək. Eyni vaxtda zərflərin açılışı keçiriləcək. İştirak haqqı 350 AZN, istifadə haqqı isə 25 AZN müəyyən olunub.

Satınalma layihəsi subartezian quyularının qazılması və tikintisi, eləcə də əlaqədar inşaat və təmir işlərini, müvafiq avadanlıq və materialların təminatını əhatə edir. Bu layihə çərçivəsində qazma, kəşfiyyat avadanlığı, elektrik sistemləri, beton işləri, nasos və vana quraşdırılması kimi mühüm işlər yerinə yetiriləcək.

Müsabiqə “QARABAĞ DİRÇƏLİŞ FONDU”nun Bakı şəhəri, Qurban Abbasov küçəsi 5 ünvanında yerləşən ofisində təşkil olunur. İştirak etmək istəyən şirkətlər və təşkilatlar müsabiqə şərtləri ilə tanış olmaq və iştirak haqqını ödəməklə təkliflərini təqdim edə bilərlər.