BİZNES

11 İyun

Hindistan OPEC-ə daxil olmayan neft tədarükünü genişləndirir

Finss.az xəbər verir ki, Hindistan OPEC-ə daxil olmayan ölkələrdən tədarükləri artırmaqla öz xam neft idxal istiqamətlərini genişləndirmək istəyir, lakin bu diversifikasiyanın Yaxın Şərq tədarükçüləri D.L.N. ilə müddətli müqavilələrə təsir göstərməsi ehtimalı azdır. Bu barədə Platts-a Hindistan Neft Sənayesi Federasiyasının emalı və marketinq direktoru Şastri bildirib.

Onun sözlərinə görə, strateji ehtiyatların genişləndirilməsi və neft tankerləri parkının yaradılması da Hindistanın neft strategiyasında yer alacaq.

Hindistan xam neft ehtiyacının 80%-dən çoxunu idxal edir.

"Uzunmüddətli diversifikasiya planı Yaxın Şərq istehsalçıları ilə bağlanan müddətli müqavilələrin əksəriyyətini dəyişməyəcək. Dövlətə məxsus neft emalı zavodları Yaxın Şərqdən xam neft tədarükünün 50%-dən aşağı düşməsini istəməyəcək", - Şastri əlavə edib.

"Hindistan üçün tədarükün təhlükəsizliyi əlçatanlıq qədər vacibdir. Bir çox Hindistan neft emalı zavodları Küveyt və İraq kimi Yaxın Şərqdəki xam neft tədarükçülərinin spesifikasiyalarına cavab vermək üçün konfiqurasiya edilib" dedi.