Finss.az - Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən “Ağdam şəhərinin 2 nömrəli yaşayış massivinin Qazanxana kompleksinin tikintisi və quraşdırılması işləri”nin satın alınması məqsədilə açıq müsabiqə elan edilib.
Müsabiqənin ehtimal olunan qiyməti 1.172.681,37 manat təşkil edir. Satınalma "Qazan və sobaların tikintisi və təmiri işləri" (Təsnifat kodu: 72151000) üzrə həyata keçiriləcək.
İştirak şərtləri:
-
İştirak haqqı: 600 manat
-
İstifadə haqqı: 25 manat
Qeyd olunur ki, iştirak haqqı və istifadə haqqı heç bir halda geri qaytarılmır.
Müsabiqənin detalları:
-
Müsabiqənin nömrəsi: 112819
-
Satınalan təşkilatın ünvanı: Ağdam şəhəri
-
VÖEN: 3201635961
-
Müsabiqənin dərc tarixi: 10 iyun 2025, saat 15:45
-
Təkliflərin təqdim olunma müddəti: 20 iyun 2025, saat 12:00-dək
-
Zərflərin açılış tarixi: 20 iyun 2025, saat 12:00
Maraqlı təchizatçılar satınalma sənədləri ilə tanış olmaq və təkliflərini təqdim etmək üçün müvafiq ödənişləri etməlidirlər.