BİZNES

10 İyun

Brent markalı neftin bir barreli 67,23 dollara qədər bahalaşıb

Finss.az xəbər verir ki, neft qiymətləri bir gün əvvəl baş verən əhəmiyyətli artımdan sonra çərşənbə axşamı səhər yüksəlməyə davam etdi.

Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 8:16-a 0,19 dollar (0,28%) artaraq 67,23 dollar/barelə çatıb. Bazar ertəsi bu müqavilələr bir barel üçün 0,57 dollar (0,9%) artaraq 67,04 dollar olub.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyul ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,15 dollar (0,23%) artaraq bir barelə görə 65,44 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,71 dollar (1,1%) artaraq 65,29 dollar/barel təşkil edib.