Finss.az - Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstanın Biznes, Cəmiyyət və Dövlətlə Əlaqələr Assosiasiyası ilə korporativ dəyərlərlə bağlı əməkdaşlıq imkanları müzakirə edib.
Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.
Bu barədə müzakirələr SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ilə Qazaxıstanın Biznes, Cəmiyyət və Dövlətlə Əlaqələr Assosiasiyasının prezidenti Ayjan Uteuova arasında keçirilən görüşdə aparılıb.
Görüşdə neft-qaz sektorunda inklüzivliyin əhəmiyyəti vurğulanıb, bu xüsusda SOCAR-da həyata keçirilən “Qadın Liderlər” və “Gənc İstedadlar” proqramlarından, qadın təşəbbüslərinin innovativ həllərlə dəstəklənməsi ilə bağlı görülən işlərdən danışılıb.
Qonaqlara, həmçinin SOCAR-ın korporativ dəyərləri haqqında məlumat verilib, bu istiqamətdə birgə əməkdaşlıq imkanları müzakirə edilib.

