Bild şirkətin direktorlar şurasına istinadən yazır ki, Almaniyada Volkswagen AG qrupunun 20 mindən çox əməkdaşı növbəti dörd il ərzində əmək müqavilələrinə vaxtından əvvəl xitam verməyə razılaşıb.
İşçilər iş stajından asılı olaraq 400 min avroya çata biləcək işdən çıxma pulu alacaqlar. İşdən çıxarılmalar şirkətin avtomobil sənayesindəki qlobal tənəzzül fonunda xərcləri azaltmaq planlarının bir hissəsidir. Planlar 2030-cu ilə qədər təxminən 35.000 nəfərlik işçilərin ixtisarını nəzərdə tutur. Əvvəllər Almaniyada ən azı üç istehsal sahəsinin bağlanacağı gözlənilirdi, lakin IG Metall birliyi hesab edir ki, bu tədbirin qarşısını almaq olar.
“Volkswagen” brendinin 130 minə yaxın işçisi artıq maaşlarının dondurulmasına və 1290 avroluq artan tətil ödənişinin ləğvinə razılaşıb. Şirkət həmçinin təcrübələrin sayını 1400-dən 600-ə endirmək və bununla da təxminən 1,5 milyard avroya qənaət etmək niyyətindədir.
Növbəti mərhələdə şirkət 1969 və 1970-ci il təvəllüdlü işçilərlə onların erkən pensiyaya çıxması ilə bağlı danışıqlar aparmağı planlaşdırır.