Finss.az - Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsində istehsal olunan məhsulların ümumi dəyəri 17,2 milyon manat təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 dəfə artım deməkdir.
Agentlikdən verilən məlumata görə, Neftçala Sənaye Məhəlləsində hazırda investisiya portfeli 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Onlardan 5-i artıq fəaliyyət göstərir.
Sahibkarlar tərəfindən bugünə qədər həyata keçirilmiş investisiyaların həcmi 50 milyon manata yaxın olub. Bunun nəticəsində sənaye məhəlləsində 317 daimi iş yeri yaradılıb. Fəaliyyət göstərən müəssisələr tərəfindən bu günə qədər 228 milyon manatlıq məhsul istehsal və satışa çıxarılıb. Satılan məhsulun 1,4 milyon manatı ixrac olunub.