BİZNES

02 İyun

Azərbaycanın Gürcüstana qaz ixracı 68% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstana 708,2 milyon kubmetr həcmində təbii qaz ixrac edib.

Finss.az Dövlət Statistika Komitəsindən məlumatına əsasən xəbər verir ki, bu həcmdə təbii qaz ixracından əldə olunan gəlir 93,1 milyon ABŞ dolları olub.

Gürcüstana qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 287,2 milyon kubmetr və ya 68,2%, dəyər ifadəsi ilə 22 milyon ABŞ dolları, yaxud da 30,9 % artıb.

Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 421 milyon kubmetr həcmində, 71,1 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edilmişdi.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 5,9 milyard kubmetr, dəyəri isə 2,2 milyard ABŞ dolları təkil edib. Bununla yanaşı, ilin ilk ayında Azərbaycana idxal edilən təbii qazın həcmi 145,6 milyon kubmetr, dəyəri isə 22,4 milyon ABŞ dolları olub.

Xatırladaq ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya, Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixrac edilib, Rusiya və Türkmənistandan isə idxal olunub.

Fuad Mədətov
Finss.az