Finss.az xəbər verir ki, neft qiymətləri bazar ertəsi OPEC+-ın hasilatın hazırkı artım tempini saxlamaq qərarı fonunda davamlı olaraq yüksəlib.
Xəbər verdiyimiz kimi, əvvəllər neft hasilatını sutkada 2,2 milyon barellə məhdudlaşdıran səkkiz OPEC+ ölkəsi (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Əlcəzair, Küveyt, Qazaxıstan və Oman) həftə sonu iyul ayında neft hasilatını gündəlik 411 min barel artırmaq qərarına gəlib.
Reuters qeyd edir ki, OPEC+ hasilatın artım tempini üçüncü ay ardıcıl olaraq saxladı və bu, daha əhəmiyyətli artımdan qorxan bazar iştirakçılarını bir qədər sakitləşdirdi.
Onyx Capital Group-un analitiki Harri Çilingaryan qeyd edir: "Əgər alyans hasilatı daha da artırmaq qərarına gəlsəydi, bazar ertəsi neft bazarının açılışı həqiqətən pis olardı".