2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın əsas qeyri-neft ixracı tərəfdaşı Rusiya Federasiyası olub – bu ölkəyə 321,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan “İxrac icmalı”nın may sayında yer alıb.
Məlumata görə, Rusiya ilə yanaşı, Türkiyəyə 187,7 milyon, Gürcüstana 105,8 milyon, İsveçrəyə 100,5 milyon və Ukraynaya 63 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Təkcə 2025-ci ilin aprel ayında isə Rusiya Federasiyasına 88,5 milyon, Türkiyəyə 53,3 milyon, İsveçrəyə 30,9 milyon, Gürcüstana 25,1 milyon və Qazaxıstana 14,2 milyon ABŞ dolları məbləğində qeyri-neft ixracı həyata keçirilib.
Fuad Mədətov
Finss.az