BİZNES

30 May

Azərbaycanın aqrar məhsullar ixracı 14% artıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın aqrar məhsullar ixracı 232,7 milyon ABŞ dolları təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan “İxrac icmalı”nın may sayında əksini tapıb.

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə aqrar məhsullar ixracında 14% artım qeydə alınıb.

Fuad Mədətov
Finss.az