BİZNES

30 May

Azərbaycanın alüminium və ondan hazırlanan məmulatların ixracı 10%-ə yaxın artıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın alüminium və ondan hazırlanan məmulatların ixracı 6,1 milyon ABŞ dolları təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan “İxrac icmalı”nın may sayında əksini tapıb.

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə alüminium və ondan hazırlanan məmulatların ixracında 9,8% artım qeydə alınıb.

Fuad Mədətov
Finss.az