Finss.az xəbər verir ki, istat statistika agentliyinin yekun məlumatlarına görə, İtaliya iqtisadiyyatı 2025-ci ilin birinci rübündə əvvəlki rüblə müqayisədə 0,3% artıb.
Yekun qiymətləndirmə, Trading Economics tərəfindən verilən ilkin məlumatlara və analitik konsensus proqnozuna uyğun idi.
İtaliya ÜDM-in illik artımı üçün təxmin 0,6%-dən 0,7%-ə yüksəldilib.
Ötən ilin dördüncü rübündə İtaliya iqtisadiyyatı rüblük müqayisədə 0,2%, illik müqayisədə isə 0,5% artıb.
Son rübdə ölkədə istehlak xərcləri illik müqayisədə 0,6%, dövlət xərcləri 0,7%, kapital qoyuluşu isə 1,4% artıb.
İtaliyanın ixracı birinci rübdə 0,8%, idxalı isə 4,3% artıb.