2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın meyvə-tərəvəz məhsullarının ixracı 26,8 milyon ABŞ dolları təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan “İxrac icmalı”nın may sayında əksini tapıb.
Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə meyvə-tərəvəz məhsullarının ixracında 14,8% artım qeydə alınıb.
Fuad Mədətov
Finss.az