BİZNES

30 May

Azərbaycanın şəkər ixracı 25,8% artıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın şəkər ixracı 1,9 milyon ABŞ dolları təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan “İxrac icmalı”nın may sayında əksini tapıb.

Hesabata əsasən, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə şəkər ixracında 25,8% artım qeydə alınıb.

Fuad Mədətov
Finss.az