Bazar iştirakçıları ABŞ-ın neft ehtiyatlarının azaldılması siqnallarını qiymətləndirərək və iyul ayında hasilat həcmləri ilə bağlı OPEC+ qərarını gözləyərkən, neft qiymətləri cümə axşamı səhəri əvvəlki sessiyada əhəmiyyətli artımdan sonra kəskin şəkildə yüksəlir.
Finss.az xəbər verir ki, Bakı vaxtı ilə saat 8:15-də Londonun ICE Futures birjasında iyul ayında Brent markalı neftin bir barelinin qiyməti 0,91 dollar (1,4%) artaraq 65,81 dollar olub. Çərşənbə günü Brent 0,81 dollar (1,26%) bahalaşaraq 64,90 dollar/barelə çatıb.
Bu vaxta qədər WTI markalı neftin iyul fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda 0,94 dollar (1,52%) bahalaşaraq bir barelə görə 62,78 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilə bir barel üçün 0,95 dollar (1,56%) artaraq 61,84 dollar olub.