Finss.az xəbər verir ki, Britaniya-Hollandiya neft və qaz nəhəngi Shell, Nigeriya sahillərindəki Bonqa neft yatağında Fransanın TotalEnergies payını 510 milyon dollara satın alacaq, Shell-in bəyanatında deyilir.
Shell hasilatın pay bölgüsü müqaviləsində TotalEnergies-in payını almaqla bu sahədə 12,5% pay əldə edəcək. Nəticədə Shell-in payı 55%-dən 67,5%-ə yüksələcək.
Müqavilənin bu ilin sonuna qədər bağlanacağı gözlənilir.
Bonqada mədən hasilatı 2005-ci ildə başlayıb. Onun potensialı sutkada 225 min barel həcmində qiymətləndirilir.