Finss.az - OPEC+ ölkələrinin nazirləri 39-cu görüşlərini keçirərək, daha əvvəl qəbul edilmiş neft hasilatı səviyyələrini 2026-cı ilin sonunadək saxlanılması qərarını rəsmi olaraq təsdiqləyiblər.
Bu barədə OPEC-in rəsmi mətbuat relizində məlumat verilir.
Görüşdə həmçinin, iştirakçılar Əməkdaşlıq Bəyannaməsinin (Declaration of Cooperation - DoC) əsas prinsiplərini və alyansın nazirlər komitəsinin (Joint Ministerial Monitoring Committee - JMMC) dünya neft bazarındakı vəziyyəti və hasilat səviyyələrini nəzarət etmək mandatını təsdiqləyiblər. JMMC iki ayda bir toplanaraq bazar şəraitini qiymətləndirəcək və zərurət olduqda, OPEC+ nazirlərinin növbədənkənar iclasını çağırmaq səlahiyyətinə malikdir.
Kommyunikedə xüsusi vurğulanır ki, sazişin tam və dəqiq icrası, xüsusilə kompensasiya mexanizminin tətbiqi çox vacibdir.
OPEC+ nazirlərinin növbəti görüşü 30 noyabr 2025-ci il tarixində keçiriləcək.