BİZNES

28 May

Neft-qaz sektorundan büdcəyə 118,2 milyon manat həcmində əlavə vəsait daxil olub

Ötən il Azərbaycanda dövlət büdcəsinə əmlak vergisi üzrə ödənişlərlər bağlı 364,7 mln. manat müəyyən edilmiş proqnoz 338,5 mln. manat icra edilib.

Finss.az xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” Hesablama Palatasının rəyində qeyd edilib.

Bildirilib ki, əvvəlki illə müqayisədə kəsir 1,1 faiz bəndi artaraq 6,1%-dən 7,2%-ə qalxıb. Vergi orqanının hesabatlarına əsasən, 2024-cü ildə hüquqi şəxslərin əmlak vergisi üzrə hesablanmış real öhdəliklərin 2023-cü ilə nisbətən 19,1 mln. manat və ya 5,6% artmaqla 364,2 mln. manata yüksəlməsi və real hesablamanın proqnozla demək olar ki, eynilik təşkil etməsi şəraitində 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda da qeyd edildiyi kimi proqnozdan az daxilolma qeyri neft-qaz sektoru üzrə hesablanmış əmlak vergisinin tam həcmdə yığımının həyata keçirilməməsi ilə əlaqədar olub. Belə ki, qeyri neft-qaz sektoru üzrə əmlak vergisində 282,6 mln. manat hesablama olduğu halda, onun yalnız 78%-nin dövlət büdcəsinə ödənilməsi təmin edilmiş, ümumi proqnozun icra faizinə neft-qaz sektorunda real hesablamadan 44,9% və ya 36,6 mln. manat artıq olmaqla 118,2 mln. manat məbləğində vəsaitin daxil olması öz təsirini göstərib.

Qeyri neft-qaz sektorunun dövlət mülkiyyətinə aid müəssisələrinin büdcəyə ödənişlərinin real hesablamaların 81,8%-ni təşkil etməsi şəraitində, “Azərbaycan Hava Yolları” QSC üzrə bu göstərici 3,3% və ya 20,4 mln. manat hesablamaya qarşı 0,7 mln. manat, “Bakı Metropoliteni” QSC üzrə 0,6 mln. manata qarşı ödəniş olmayıb, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC üzrə isə 1,4 mln. manat hesablamaya qarşı 17,1% həcmində və ya 0,2 mln. manat ödəniş olub.