Kəlbəcər rayonunda inşa edilmiş “Meydan” və “Qamışlı” kiçik su elektrik stansyalarında faəliyyətə başladığı dövrdən bu ilin may ayınadək ümumi 37,6 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
Finss.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu müddətdə “Meydan” KSES-də 11,4 mln. kVt/saat, “Qamışlı” KSES-də isə 26,2 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
Məlumata görə, stansiyala 2023-cü ilin 27 may tarixində istismara verilib. Ümumi gücü 3,4 MVt olan “Meydan” KSES hər biri 1,7 MVt gücündə 2 ədəd hidroaqreqatdan, ümumi gücü 6,3 MVt olan “Qamışlı” KSES isə hər biri 3,15 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarətdir.
Qeyd olunub ki, KSES-lər ekoloji cəhətdən daha təmiz elektrik enerjisi istehsal etdiyi üçün yaşıl enerji mənbəyi hesab olunur və enerjinin istehsalı zamanı atmosferə istixana effekti yaradan qazları atmayan elektrik enerjisi müəssisəsidir.
Fuad Mədətov
Finss.az