BİZNES

27 May

Pakistanla iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Finss.az - İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə Pakistanla investisiya, sənaye, enerji sahələrində əməkdaşlıq və birgə fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin xüsusi köməkçisi, dövlət naziri Tariq Bacva ilə görüşüb.

Görüşdə iki dost ölkə arasında əlaqələrin qarşılıqlı etimad şəraitində möhkəmləndiyi, müxtəlif sahələrdə münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi münasibətlərin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri müzakirə olunub.

Tərəflər ikitərəfli iqtisadi əlaqələrdə müsbət dinamika, preferensial ticarət sazişinin biznes tərəfdaşlığının güclənməsində rolu, investisiya, sənaye və enerji sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

Zemfira Ms
Finss.az