2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Tailanda 75,9 milyon ABŞ dolları dəyərində 137,8 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsaəsn xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 62,6% (127,2 milyon ABŞ dolları), həcm baxımından isə 57,9% (189,2 min ton) artıb.
Beləliklə, Tailand 2025-ci ilin ilk dörd ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 11-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, yanvar-aprel aylarında ümumilikdə Azərbaycandan 17 ölkəyə 4,6 milyard ABŞ dolları dəyərində 8,2 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.
Fuad Mədətov
Finss.az